İdman

"Səbail" və "Neftçi"nin rəqibləri bilindi

"Səbail" və "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Yeni Sabah" məlumatına görə, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv I mərhələdə Rumıniyanın "Krayova" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnes, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Potensial rəqiblə ilk görüş səfərdə olacaq.  

Flaqman isə I mərhələdə Moldovanın "Sperantsa" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə Rusiyanın "Arsenal" (Tula) komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11 - 18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul - 1 avqustda keçiriləcək.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031