Cəmİyyət

Sayımız Güney Qafqazı dövrələməyə yetər! – SAHİB ALIYEV

Sayımız Güney Qafqazı dövrələməyə yetər! – SAHİB ALIYEV
Azərbaycan Güney Qafqazın sözün hər anlamında ən böyük dövlətidir.

Üstəlik də bu ölkənin başında da xaricdəki hansısa qüvvələrə bağlı, kimlərinsə qarşısında öhdəlik götürmüş biri deyil, əsl lider, əsl dövlət adamı durur.

Ona görə də Gürcüstandakı bəlli çevrələrin Keşikçi dağdakı təxribatlarına dövlətimizin yanaşması emosional deyil və olmamalıdır.

Azərbaycanın emosiyadan uzaq, təmkinli davranışı bir daha vurğlayıram böyüklüyümüzə, gücümüzə və beynəlxalq normaların bizim tərəfimizdə olmasına dayanır.

Amma bu təmkinliyin arxasında bir qətiyyət də var və bunu Gürcüstandakılar da bilməmiş deyillər. Onlar bunu da bilməmiş deyillər ki, sərhəd məsələsi həmən ölkənin daxili işlər nazirinin söylədiyi kimi keşişlərin istəyinə uyğun yox, beynəlxalq normalara dayanılaraq həll edilir. 

Yeri gəlmişkən, burada bir faktı xatırlatmaq istərdim.

Bidzina İvanişvili təzə hakimiyyətə gələndə Bakı-Qars dəmir yolu, eyni zamanda neft və qazın tranzitiylə bağlı müəyyən iradlar səsləndirirdi.

2012-ci ilin 26 dekabrında Bakıya rəsmi səfərdən sonra isə bildirdi ki, o siyasətçi olaraq elə də təcrübəli biri deyil və bir də həmin məsələlərin üzərinə qayıtmadı.

İndi deməyim odur ki, bir yerin ətrafında əl-ələ tutub durmaqla oranı özününküləşdirəcəklərini düşünənlər yanılırlar, həm də çox.

Bu yolla sərhəddi dəyişməyə qalxanlar tarixi yada salmalıdırlar və onu da unutmamalıdırlar ki, azərbaycanlılar da Keşikçi dağdakı öyrədilmiş gürcülər kimi əl-ələ tutaraq dayansalar, onda bizim sayımız bir dağı yox, bütün Güney Qafqazı dövrələməyə yetər!

Sahib ALIYEV

Millət vəkili

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031