Sayğaclar artıq pul yazır? – \"Faktlarla sübut etmişdim ki...\"

Sayğaclar artıq pul yazır? – \
Son zamanlar əhalinin elektrik enerjisi ilə təminatı ilə bağlı şikayətlər artır. Şikayətlərdən biri də elektrik cihazlarının az enerji sərf etmələrinə rəğmən "ağıllı sayğac"ların daha çox pul yazmasıdır.

İddialara görə, sayğac texniki səbəbdən və ya məqsədyönlü şəkildə sərfiyyatı düz hesablamır. Rəsmi qurumlar isə bu qəbildən olan iddiaları bir qayda olaraq təkzib edir.
 
Bəs, haqlı tərəfi necə müəyyən etməli? Günahkar kimdir – istehlakçı, yoxsa müvafiq dövlət qurumu?

Keçmiş millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli Sfera.az-a açıqlamasında qeyd edib ki, əgər nəzarətedici orqanla icraedici orqan eynidirsə, yəni vətəndaş hüququnu müdafiə etmək üçün müstəqil laboratoriyalara müraciət etmək imkanlarından məhduddursa, problemlər hər zaman aktual olacaq:

"Ötən il də faktlarla sübut etmişdim ki, müxtəlif aylarda elektrik sərfiyyatının bir neçə dəfə çox olmasını təkcə havanın temperaturu ilə əlaqələndirmək olmaz. Azərbaycan vətəndaşının hər hansı quruma müraciət edib, sayğacların düzgün və ya səhv yazdığını sübut etmək imkanı yoxdur - istər qaz, istər su, istərsə də elektrik sayğacları olsun. Belə bir şəraitin olmaması təbii ki, müxtəlif söz-söhbətlərə səbəb olur. Yəni, bu qurumlara ümumi etimad yoxdur. Problem ondadır ki, həmin qurumlar illər boyu dövlət vəsaitini səmərəsiz xərcləyiblər. Qurumun rəhbərləri haqda jurnalist araşdırmaları var, korrupsiya hüquqpozmaları mövcuddur. Ancaq həmin məmurlar yenə də həm iş başındadırlar, həm də istehlakçının hüququnu pozmaqda davam edirlər. Köklü səbəblər ümumi korrupsiya, etimadsızlıqdır”.

Müsahibimiz bildirib ki, iqtisadiyyatda, idarəetmədə ən pis böhran elə etimadsızlıq böhranıdır:
 
"Azərbaycan cəmiyyətində etimadsızlıq böhranı mövcuddur və bu, iqtisadi böhranlardan daha təhlükəli, uzunmüddətlidir. Onu aradan qaldırmaq hətta onillər ərzində mümkün olmur. İdarəetmə tam şəffaf olmalı, vətəndaşın problemlərinə normal yanaşılmalı, müstəqil azad məhkəmələri olmalıdır. Çünki vətəndaş hər hansı hüququnun müdafiəsi üçün məhkəmələrə üz tutsa da, onlar həmin dövlət şirkətlərinin, qurumlarının tərəfini tutur. Müstəqil qeyri-hökumət təşkilatları, jurnalist təşkilatları olsaydı, vətəndaş da haqlı olduğunu sübut etməyə daha çox imkan tapardı. Hesab edirəm ki, istənilən halda vətəndaş haqlıdır”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Dünən ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.   Sfera.az bildirir ki, bu barədə Tren...

Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.   Sfera.az xəbər verir ki, bu vəzifə Anar Axundova...

Kayrat Sarıbay: "Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər"

Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəali...

Sumqayıt qatarını DAŞA BASDILAR: Hadisəni törədən azyaşlılar imiş - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapı...

Zelenski Qərbdən TƏLƏB ETDİ: “Ruslar irəliləyir, bizi silah-sursatla təmin edin!" 

“Ruslar cəbhədə bizə ciddi təzyiq göstərirlər və tədricən irəli gedirlər”.   Sfera.az “TASS” istinadən xəbər verir ki, bunu U...

Fatmayıda OĞURLUQ - 8 manatlıq qızıl və...

Fatmayı qəsəbəsində oğurluq olub.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyəri...