Saxta “WhatsApp” 1 milyon istifadəçini aldatdı

Saxta “WhatsApp” 1 milyon istifadəçini aldatdı
 Bir milyondan çox "Android” istifadəçisi "Google” şirkəti məsələyə reaksiya verənədək "Google Play” mağazasından "WhatsApp” messencerinin saxta surətini yükləyib.

ICTnews xəbər verir ki, "WhatsApp” loqotipinə malik əlavə "Update WhatsApp Messenger” adlanıb.

Əksər istifadəçilər tərtibatçı adının rəsmi adla eyni olmasına görə bunun servis yenilənməsi olmasını düşünüb. Bunun üçün fırıldaqçılar "Unicode” standartında boşluqdan istifadə ediblər.

Saxta əlavə yalnız digər proqram və servislərin reklam yeniləmələrini göstərib. Fırıldaqçıların bundan pul qazanmaq istəməsi ehtimal olunur. Yalnız proqram təminatı bir milyondan çox istifadəçi tərəfindən yükləndikdən və "Reddit” saytında onun saxta olması ilə bağlı çoxlu məlumat dərc edildikdən sonra "Google” şirkəti proqramı "Google Play” mağazasından silərək tərtibatçını bloklayıb.

Təhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, oxşar hadisə həmişə baş verir. Mağazada mütəmadi olaraq "Facebook” və digər populyar əlavələrin saxta versiyaları yer alır. Məsələn, saxta "Facebook” versiyası 10 milyon dəfədən çox yüklənib.

Qeyd edək ki, "WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara "Facebook” sosial şəbəkəsinə satılıb.

OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...