Saxta dioplomlu, fərari deputat icra başçısı olur -ŞOK təfsilat
19:46 / 22.06.2016
901
Millət vəkilinin cənub bölgəsində iki rayondan birinə rəhbər göndəriləcəyi haqda xəbərlər var.
Nəriman Əliyevin
Masallı və ya Astaraya icra başçısı təyin olunması üçün səy göstərilir.
İddialara görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallının
deputatını adıçəkilən iki rayondan birinə icra başçısı təyin etdirməyə çalışır.
Böyük ehtimalla N.Əliyev doğulduğu rayona - Masallıya icra başçısı gətiriləcək.
Məlumatda qeyd edilir ki, FHN şefi cənub zonasındakı dayaqlarını möhkəmlətmək və
bu regiona nəzarətini gücləndirmək üçün N.Əliyevi Masallıya başçı təyin etdirmək
istəyir. K.Heydərovun Lənkəran, Astara və Masallıya kuratorluq etdiyi sirr
deyil. Kəmaləddin Heydərovun Nəriman Əliyevlə bağlı projesinin Masallıda necə
qarşılanacağı isə qeyri-müəyyəndir. Çünki Masallıda deputat fəaliyyətinə görə
ciddi narazılıq yaratmış N.Əliyevin icra başçısı təyin olunacağı halda böyük
etiraz baş qaldıra bilər. Masallıda əsasən iş adamları, sahibkarlar deputatdan
ciddi şəkildə narazılıq edirlər. N.Əliyev Masallıda iş adamlarına "divan tutan”
millət vəkili kimi yadda qalıb. Mətbuat üzərindən yayılan xəbərlərdə də
deputatın sahibkarlara "qan uddurması” haqda faktlar yer alıb. Üstəlik, hərbi
xidmətdə olmayan N.Əliyevin necə icra başçısı olacağı da sual doğurur. Eyni zamanda onun saxta
diplomu olduğu da mediada yayılan məlumatlardan biridir. Bütün bu detallar və
bioqrafiyası onun barəsində Masallı ictimaiyyətində mənfi rəy formalaşdırıb.
Deputat kimi seçicilər, rayon əhalisi və iş adamları arasında narazılıqla qarşılanan
N.Əliyevin Masallının icra başçısı olacağı halda daha hansı problemlər
yaradacağı indidən düşündürücüdür.
Mir.az //
Sfera.az