Saxta dərmanlar apteklərə necə yol tapır? – Ekspert dərman bazarındakı xaos haqda...

Saxta dərmanlar apteklərə necə yol tapır? – Ekspert dərman bazarındakı xaos haqda...

 

"Azərbaycanda hər iki dərmandan biri keyfiyyətsizdir”


Sfera.az-a açıqlamasında bunu Azərbaycana gətirilən dərman preparatlarının keyfiyyəti məsələsinə toxunarkən tibb elmləri doktoru Adil Qeybulla deyib: "Azərbaycanda keyfiyyəti aşağı olan dərmanlar həddən artıq çoxdur. Keyfiyyət parametrinin aşağı olması dərman preparatının tərkibinə daxil olan dad, rəng, struktur verən dərman əlavələrinin özlərinin də nələrdən ibarət olmasından irəli gəlir. Yəni, elə dərman əlavələri var ki, onlar orqanizmə təsir baxımından effektsizdir. Məsələn, dərman maddəsinin üzərində olan kapsulun özünün də nədən, hansı jelatindən hazırlanmasının böyük əhəmiyyəti var. Bu mənada demək olar ki, keyfiyyəti aşağı olan dərman preparatları ölkəmizin dərman bazarında yetərincədir. Dərman bazarında bir xaos hökm sürür. Bu xaos da ondan ibarətdir ki, ölkəyə lazım olan dərman preparatının özünü tapa bilmirsən, amma eyni cür antibiotikdən yüzü var”.


Ekspert düşünür ki, Dövlət Farmakopeyası yaradılmalı, dərman maddələrinin dövlət reyestri olmalı, ayrı-ayrı tibbi təyinatlı kommersiya qurumları yalnız konkret dərman idxalı ilə məşğul olmalıdırlar: "Bu iş tamamilə kökündən yenidən qurulmalıdır. Ondan əvvəl isə bu məsələ ətrafında yaranan koorporativ maraqlar aradan qaldırılmalıdır. Çünki məhz koorporativ maraqlar keyfiyyətsiz dərman bazarının "çiçəklənməsinə” rəvac verir. Ölkədə "Alman” apteki, "Britan” apteki var. Almaniyanın daxili bazarında istehsal olunan dərmanla buradakı "Alman” aptekində olan dərman arasında fərq var. Bunu hiss edirik. Bu mənada düşünürəm ki, keyfiyyətsiz dərmanlar Azərbaycan dərman bazarının ən azından yarısını təşkil edir”.

 

 

Qeyd edək ki, Beynəlxalq Dərman Təhlükəsizlik İnstitunun araşdırmsına görə bazarda hər 10 dərmandan 7-si keyfiyyətsizdir. İnstitutun məlumatına görə, keyfiyyətsiz dərman dövriyyəsi ildə 200 milyard dolları keçir ki, bu da əczaçılıq bazarının 20 faizi deməkdir. Azərbaycanda da gətirilən dərmanlar heç də tamamilə keyfiyyət göstəricilərinə cavab vermir.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...