“Şaxta baba, atamdan sonra anamı da itirdim…” - 11 yaşlı Tufandan məktub

“Şaxta baba, atamdan sonra anamı da itirdim…” - 11 yaşlı Tufandan məktub
11 yaşlı Tufanın Şaxta Babaya məktubu sosial şəbəkələrdə maraqla qarşılanıb.
 
Masallı rayonunun Bədalan kənd sakini şaxta babaya yazdığı məktubda atasından sonra anasını da itirdiyini və bu səbəbdən çox kədərli olduğunu bildirib.

Davamında yazır:

"Çox darıxıram. Bilirəm sən gətirə bilməzsən onları. Amma az da olsa, sevindirə bilərsən məni. Mən heç nə yazmıram. Sən nə istəsən gətirərsən”.
Məktub Güvən Xeyriyyə və Dostluq Cəmiyyətinin "Şaxta baba sən ol” layihəsi ilə bağlı göndərilib. Layihə rəhbəri Nigar Bayramlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən aksiya 3 ildir ki, davam etdirilir:

"Hər il olduğu kimi bu il də uşaqlar şaxta babaya müxtəlif məktublar yollayıb. Biz həmin məktubları  "Hard Rock Cafe”də yolkadan asırıq. Kömək etmək istəyənlər məktubu götürür, uşağın istədiyi hədiyyəni alıb məktubla birlikdə bizə verir. Məsələn, ötən il 1 ailə 10 məktubda arzulanan hədiyyəni almışdı, cəmi iki günə hədiyyələr yığıldı. Biz məktubların hamısını səhifədə paylaşmışdıq. Necəsə oldu, bu məktub sosial şəbəkədə yayıldı. Hazırda həmin məktubları təhvil vermişəm, heç məndə də deyil. Tezliklə yolkadan asılacaq”.

Nigar xanımın sözlərinə görə, hədiyyələrin il sonuna kimi toplanması planlaşdırılıb. Yanvarın 15-nə kimi isə kəndlərdə uşaqlara paylanılacaq./qafqazinfo
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...