Satışdakı qarpızları yemək olarmı? - AÇIQLAMA

Satışdakı qarpızları yemək olarmı? - AÇIQLAMA

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycana idxal olunan, eyni zamanda ölkədə açıq bostan şəraitində yetişdirilən məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır.

Bu barədə Publika.az-a Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, son günlərdə həyata keçirilən müayinələr zamanı qarpızlarda nitratların miqdarının 37 mqkq, yemişdə isə 72mqkq olduğu məlum olub.
 

Müqayisə üçün bildirək ki, qarpızlarda nitratların norması 60 mqkq, yemişdə isə 90mqkq-dır. Sevindirici haldır ki, müayinələr zamanı məhsullarda insan sağlamlığı üçün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməyib.

 

Dövlət Fitosanitar Nəzarəti Xidməti istehlakçıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə dəvət edir. Əzik, çatlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Əgər düzgün temperatura riayət olunmaqla, məhsul soyuducuda saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün heç bir təhlükə yarana bilməz.

 

Məlumatda o da vurğulanıb ki, yerli istehsalın artması həm İran və Türkiyə mənşəli qarpız və yemiş məhsullarının respublikaya idxal olunmasının azalmasına, həm də ölkəmizin ixrac potensialının artmasına səbəb olub. Təkcə iyun ayı ərzində 57,5 ton qarpız, 16 ton yemiş məhsulu Rusiya Federasiyasına ixrac olunub.

 


 


OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...