Dünya

"Sarksyan mənə zəng etməli və bundan sonra istefa idi"- Putin

Rusiya rəhbərliyi Ermənistanda 2018-ci ilin aprel ayında baş verən inqilabda, o vaxt Yerevanda hakimiyyətdə olan ölkə rəhbərlərliyinin də əli olmasına dair şübhələnməyə davam edir. Bunu Ermənistanın "Qraparak" nəşri yazıb.

"Əvvəlki hökumət artıq bir ildir Rusiyadan olan tərəfdaşları inandırmağa çalışır ki, onların heç bir günahı yoxdur, onlar Pakişyanın hakimiyyətə gəlməsində ona yardım etməyiblər. Bu yaxınlarda Ermənistanın ictimai xadimlərindən biri bizə bildirib ki, Putin onun iştirakı etdiyi tədbirdə şəxsən Serj Sarqsyandan şikayətlənib. Onun sözlərinə görə, Rusiya prezidenti bunları deyib: "Uzun müddətdir ki, dostluq edirik. Lakin o, istefaya gedənə qədər mənə xəbərdarlıq etmədi. Sarksyan mənə zəng etməli və bundan sonra istefa verməsi barədə bəyanat verməli idi"" - deyə nəşr qeyd edib.

Qeyd edək ki, ötən il aprelin 23-də Ermənistanın baş naziri Serj Sarksyan çoxgünlük etiraz aksiyalarından sonra istefa verib. Ötən ilin dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884456) nəticə ilə qalib gəlib.

İkinci yeri Çiçəklənən Ermənistan Partiyası tutub - 8,27% (103824). Partiya lideri Qagik Sarukyan dəfələrlə Paşinyanı dəstəkləyib. Paşinyanın İşıqlı Ermənistan Partiyasının timsalında tapdığı müttəfiqi 6,37% (80024) səslə üçüncü yerdədir. Digər siyasi qüvvələr Ermənistan Milli Məclisində təmsil olunmaq üçün zəruri baryeri keçə bilməyiblər.

Bu ilin yanvar ayının 14-də isə Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri təyin olunması haqqında sərəncam imzalayıb.sputnik

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031