Sarkozinin Qəddafidən 8 milyon dollar aldığı ortaya çıxdı

Sarkozinin Qəddafidən 8 milyon dollar aldığı ortaya çıxdı
Liviya devrilmiş liderinin kəşfiyyat rəhbəri Abdullah əs-Sənnusi keçmiş Fransa Prezidenti Nikola Sarkozinin seçki kampaniyası üçün Müəmmər Qəddafidən 8 milyon dollar aldığını açıqladığı bildirilib.
 
Bu barədə "Mediapart" xəbər verib. Xəbərə görə, Fransa hakimləri Qəddafinin kəşfiyyat rəhbəri eyni zamanda qaynı Abdullah əs-Sənnusi ilə görüşüb. Görüşdə Sənnusinin Qəddafinin seçki kampaniyası üçün Sarkoziyə 8 milyon dollar yardım etdiyini fransalı hakimlərə dediyi bildirilib.
 
Qəddafinin Sarkoziyə pul transferinə şəxsən özünün rəhbərlik etdiyini deyən Sənnusinin Sarkozinin ödənişlər əvəzində Qəddafinin beynəlxalq imicinin düzəldilməsi, Qəddafi və müavinləri haqqındakı iddiaların ləğvi, yaxalama əmrlərinin dayandırılması barədə söz verdiyini dediyi qeyd olunub. 


OXŞAR XƏBƏRLƏR