Sarkisyan yenidən Qarabağa niyə gəlir? – POLİTOLOQDAN AÇIQLAMA

Sarkisyan yenidən Qarabağa niyə gəlir? – POLİTOLOQDAN AÇIQLAMA
 

"Mövcud vəziyyəti öyrənməyə gəlir”.


Sfera.az-a açıqlamasında bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın bu günlərdə yenidən Dağlıq Qarabağa qanunsuz səfərə çıxacağına dair məlumata münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:

 

"Ermənistan hökumətinin başçısı və digər üzvləri, habelə keçmiş prezidentləri Dağlıq Qarabağa etdikləri bu kimi qanunsuz səfərlərlə Azərbaycan ərazisinə Ermənistandan təyyarə uçuşlarının dayandırılıb-dayandırılmamasını, Bakının buna reaksiyasını yoxlamaq istəyirlər. Üstəlik bu kimi səfərlərlə hərbi vəziyyəti öyrənməyə çalışırlar. Çünki Azərbaycan ordusu ciddi hərbi təlimlər keçirir. Bu müstəvidə İrəvanda qorxurlar ki, təmas xəttində yenidən Azərbaycan ordusunun hücumu başlaya, lokal toqquşma ola bilər. Ona görə də, erməni siyasiləri tez-tez Qarabağa "səfərlər” etməklə mövcud vəziyyəti öyrənməyə çalışırlar. Bir sözlə,Sarkisyanın yenidən işğal edilmiş Dağlıq Qarabağa səfər etməsinin kökündə burada qanunsuz olaraq erməni mühacirlərinin yerləşdirilməsi məsələsi, mövcud vəziyyətin öyrənmək, eyni zamanda, qondarma qurumda keçiriləcək "seçkilər”də öz klanlarından olan namizədlərin dəstəyinə nail olmağa çalışmaqdan ibarətdir”.


Qeyd edək ki, erməni siyasətçiləri işğal etdikləri Dağlıq Qarabağa qanunsuz səfərlərini artıq su yoluna döndəriblər, həftə səkkiz-doqquz oradadırlar. Məlumatlara görə, bu günlərdə keçmiş prezident Serj Sarkisyan xaricdə keçirdiyi istirahətdən qayıtdıqdan sonra yenidən Qarabağa "səfər” edəcək.

Elçin


OXŞAR XƏBƏRLƏR