Sarkisyan İham Əliyev ilə görüşlərdən danışdı

Sarkisyan İham Əliyev ilə görüşlərdən danışdı

 

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya liderinin vasitəçilik etdiyi Azərbaycan prezidenti İlham Əliyev ilə görüşləri münaqişənin gərginliyinin azalmasında faydalı və köməkçi adlandırıb. 

Oxu.Az xəbər verir ki, Sarkisyan bu barədə "Reutersə” müsahibəsində bildirib.

"Üçtərəfli formatda görüşlər müsbət rol oynayır”, - Ermənistan prezidenti deyib. 

"Əlbəttə, münaqişə zonasında hazırda vəziyyət üç ay, beş ay, altı ay və hətta bir-iki il əvvələ nisbətən daha sakitdir. Bəzən Azərbaycan tərəfi atır, ancaq adətən kiçik kalibrli silahlardan atəş açır”, - Sarkisyan qeyd edib. 

Onun sözlərinə görə, Rusiyada tərəflər atəşkəs rejiminə nəzarəti gücləndirmək, münaqişə zonasında hadisələrin araşdırılması mexanizminin hazırlanmasına və ATƏT-in rəhbərliyi altında müşahidəçilər qrupunun genişlənidirilməsinə dair razılığa gəliblər. 

"Biz Sankt-Peterburqda bu görüşlərin üçtərəfli formatda davam etməsinə, eləcə də ATƏT-in rəhbərliyi altında danışıqlar prosesinin davam edəcəyinə dair razılığa gəlmişik”, – Sarkisyan deyib. 


OXŞAR XƏBƏRLƏR