Sarkisyan: \"Aprel döyüşlərində 800 hektar torpaq itirdik\"

Sarkisyan: \
 
"Aprel hadisələri zamanı 800 hektar ərazi itirmişik”.

Sfera.az APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Vyanadan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

"Nəyisə itirirsənsə, əvvəlcə anlamaq lazımdır ki, o hansı əhəmiyyətə malik olub. Bu, strateji, taktiki və bəzən psixoloji əhəmiyyət kəsb edə bilər”, - deyə o vurğulayıb.

Ermənistan Silahlı Qüvvələrinin təhlükəsizlik məqsədi ilə istifadə etdiyi 800 min hektar ərazinin 800 hektarını itirdiyini deyən S. Sarkisyan itirilən torpaqların heç bir strateji və taktiki əhəmiyyətə malik olmadığını vurğulayıb.


OXŞAR XƏBƏRLƏR