“Samsung” da telefonları bilərəkdən zəiflədib? - İddia

“Samsung” da telefonları bilərəkdən zəiflədib? - İddia

 İtaliyanın antiinhisar xidməti "Samsung” şirkətinin öz yeni aparatlarını tanıtmaq üçün köhnə smartfonların işləmə sürətini qəsdən azaltmasını araşdırır. Qurum, həmçinin "Apple” şirkətini qanun pozuntusunda təqsirli bilir.

Sfera.az ICTnews-a istinadən xəbər verir ki, hər iki şirkət qurğuların sürətini azaldan proqram yeniləməsi çıxarıb.

Bu halda istehsalçılar istifadəçiləri mümkün nəticələr haqda xəbərdar etməyib və bu qurğuların məhsuldarlığının lazımi səviyyədə saxlanılması üçün kifayət qədər informasiya verməyiblər.

Qeyd edək ki, "Samsung” şirkəti bundan əvvəl məlumat vermişdi ki, proqram təminatının yenilənməsi nəticəsində prosessorun məhsuldarlığı azalmır.

"Apple” şirkəti isə günahını etiraf etmiş və dəyən ziyanı kompensasiya edəcəyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR