Samir Şərifov Gəncədə - FOTOLAR

Samir Şərifov Gəncədə  - FOTOLAR

Bu gün maliyyə naziri Samir Şərifov Gəncədə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, toplantını giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ictimaiyyət nümayəndələri ilə keçirilən bu görüş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-ci ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə şəhər ictimaiyyətini daha yaxından məlumatlandırmaq məqsədi daşıyır.

Maliyyə naziri Samir Şərifov şəhər ictimaiyyəti qarşısında çıxış edərək deyib ki, Azərbaycan Respublikası Prezidentinin Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib.

 

Bu vəzifələr əsasən dinamik iqtisadi inkişafın təmin edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsindən ibarətdir.

Samir Şərifov vurğulayıb ki, Gəncənin tekstil sənayesinin inkişaf etdiriləsi, aqrar maşınqayırma müəssisələrinin yaradılması, şəhərdə iri sənaye müəssisələrinin, o cümlədən alüminium sənayesinin daha da inkişaf etdirilməsi, onun zənginləşdirilməsi isə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün qarşıya qoyulan əsas vəzifələrdir.

 

Samir
Samir


OXŞAR XƏBƏRLƏR

Zelenski Qərbdən TƏLƏB ETDİ: “Ruslar irəliləyir, bizi silah-sursatla təmin edin!" 

“Ruslar cəbhədə bizə ciddi təzyiq göstərirlər və tədricən irəli gedirlər”.   Sfera.az “TASS” istinadən xəbər verir ki, bunu U...

Fatmayıda OĞURLUQ - 8 manatlıq qızıl və...

Fatmayı qəsəbəsində oğurluq olub.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyəri...

AQEM-in Baş katibi: "COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək"

COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri...

Bu MMC-yə aid yük maşını QƏZA TÖRƏTDİ - Bir nəfər öldü

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov...

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.   Sfera.az "Axşam.az"a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun mü...

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət ...