Sami Yusuf Alim Qasımovla birgə mahnı ifa edəcək

Sami Yusuf Alim Qasımovla birgə mahnı ifa edəcək

Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusuf yeni albomunun hazırlıqlarına başlayıb. 

Müğənni albomun ilin sonunadək təhvil veriləcəyini bildirib.

S.Yusuf yeni albomunun "Ecstasy” ("Ekstaz") adlanacağını da deyib: "Qəribə bir çağırışa sahib olduğu üçün bu adı qəsdən seçmişik. İnsanlar bunun bir dərman olduğunu düşünür, amma, əslində, ekstaz insanların mənəvi bir təcrübədən keçərkən əldə etdiyi və ya çatdığı bir vəziyyətdir”.

Sənətçi vurğulayıb ki, yeni albomunda Azərbaycanın xalq artisti, tanınmış muğam ustadı Alim Qasımovla yanaşı, tanınmış dünya musiqiçiləri ilə də əməkdaşlıq edəcək.

Alim Qasımovun mətbuat katibi Səadət Möhübova "Report”a açıqlmasında məlumatı təsdiqləyib: "Bu barədə sənətçilər arasında Şamaxıda keçirilən Nəsimi festivalında ayaqüstü bir söhbət olub. Biz davamını gözləyirik. Təklifdən sonra Alim Qasımov əməkdaşlıq barədə düşünəcək".

Xatırladaq ki, ilk albomu "Al-Muallim”lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar "Time” jurnalı tərəfindən "İslamın ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur ingilis müsəlmanı” elan olunub.



OXŞAR XƏBƏRLƏR

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...