Şamaxıda püskürən vulkan evdə çatlar yaratdı

Şamaxıda püskürən vulkan evdə çatlar yaratdı
Bir neçə gün əvvəl baş vermiş zəlzələnin təsirindən Şamaxı rayonunun Quşçu kəndinin yaxınlığında olan "Quşçu" (Şamaxıdan 20 km aralıda) vulkanın püskürməsi nəticəsində iki yaşayış evində çatlar əmələ gəlib.

Bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.

Onun sözlərinə görə, püskürmə zamanı evlərdə kiçik çatlar qeydə alınsa da, torpaq üzərində çatlar yaranmayıb.

 

A.Əliyev qeyd edib ki, püskürmə zamanı xəsarət alan olmayıb.

Püskürmə zamanı alovun da qeydə alınmadığını deyən alim qeyd edib ki, vulkan nəticəsində yer qatından çıxarılan palçıq və süxurlar 2 hektar sahəyə qədər yayılıb.

A.Əliyev deyib ki, "Quşçu" kiçik vulkan olsa da, aktivdir. Onun ilk püskürməsi 1913-cü ildə baş verib. "Quşçu”nun bundan əvvəlki püskürməsi 2018-ci ilin yanvar ayında qeydə alınlb. Bu püskürmə də daxil olmaqla, "Quşçu” vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Bu vulkan 1917, 1941, 1992-ci ildə ildə güclü püskürüb.

Trend.az


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...