Şamaxıda daha bir kənddə sürüşmə baş verdi

Şamaxıda daha bir kənddə sürüşmə baş verdi
Şamaxı rayonunda daha bir kənddə sürüşmə hadisəsi baş verib.

Sfera.az bildirir ki, bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə rayonun Adnalı kəndində qeydə alınıb: "Sürüşmə nəticəsində kənddə 2 evdə çatlar əmələ gəlib. Bu kənddə əvvəllər də sürüşmə olmuşdu, 8 evdə çatlar əmələ gəlmişdi. Aprelin 12-də daha iki evdə çat yaranıb".

Qeyd edək ki, Şamaxıda torpaq sürüşməsi nəticəsində indiyədək rayonun 7 kəndində - Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqəsində 404 ev qəzalı vəziyyətə düşüb. Bu evlərdən 84-ü 2016-cı ildə baş verən torpaq sürüşməsi zamanı ziyan çəkib, divarlarda çatlar yaranıb, həyətlərdə torpaq sürüşməsi və çökmə baş verib, yarğanlar əmələ gəlib, 19 qəzalı evdə yaşayan ailə təhlükəsiz əraziyə köçürülüb.

Təkcə Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Bu qəsəbədə sürüşmə ərazisi son iki ayda 2 dəfə genişlənərək 40 hektara çatıb.

Ümumilikdə qəsəbədə 100-dən dən çox evdə çatlar əmələ gəlib. Üç ev yararsız hala düşdüyündən, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər.

Ötən həftə isə şəhərin 48a məhəlləsində 7 ev qəzalı vəziyyətə düşüb, həmin evlərdəki ailələr təhlükəsiz əraziyə köçüb.

OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...