Şamaxı əhalisi təşviş içində (FOTO/VİDEO)

Şamaxı əhalisi təşviş içində (FOTO/VİDEO)
 Şamaxıda sürüşmə təhlükəli hal almağa başlayıb.

Sfera.az ARB TV-ə istinadən xəbər verir ki, avqust ayı ərzində Bakı-Şamaxı avtomobil yolunda sürüşmənin parametrlərində ciddi artım müşahidə edilib. Hazırda magistralın 106-111-ci km-nin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə sahəsi hökm sürür. Şamaxı Qızmeydan yolunda da sürüşmə sahəsi aktivləşib.

Ötən həftə yağıntılardan sonra yolda 5 müxtəlif hissədə sürüşmə baş verib. Asfalt örtüyünün yarı hissəsi torpaq uçqununun qurbanı olduğundan ərazidə avtomobillərin hərəkəti də çətinləşib.

Sözügedən yol Şamaxı ilə 4 kəndi birləşdirən yeganə yoldur. Sakinlər iddia edir ki, ərazidə əvvəllər sürüşmə müşahidə olunmayıb. Yalnız 4 il əvvəl asfalt örtüyü çəkildikdən sonra həmin ərazi sürüşməyə başlayıb.

Həmçinin Bakı-Ağsu, Quba-Qonaqkənd, Muğanlı-İsmayıllı, Basqal-Sulut, Cəlilabad-Cəngan-Soltankənd, Lənkəran-Lerik, Lerik- Qoşmalyan-Kəlvəz və Pəlikeş avtomobil yollarında da sürüşmə sahələrində aktivlik müşahidə olunur.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...