Salyanda tükürpədici faciə: tibb bacısı işləyən ana işə getdi, az sonra 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...

Salyanda tükürpədici faciə: tibb bacısı işləyən ana işə getdi, az sonra 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...
 

Ötən gün axşam Salyanda 7 yaşlı uşağın naməlum avtomobillə vurulub öldürülməsi faciəsinin daha da faciəli təfərrüatı məlum olub. virtualaz.org xəbər verir ki, həmin uşağın anası Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzinin tibb bacısıdır. Qadın uşağı evdə nənəsi ilə qoyub işə gedib, az sonra oğlunun cansız bədəni ilə xəstəxanada qarşılaşıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində "Ay işığı” mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli VAZ-2107 markalı avtomaşın vurub. Uşaq xəstəanaya gətirilərkən yolda keçinib.

Məlum olub ki, həmin gün balaca Ayxanın anası Aytəkin tibb bacısı işlədiyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində növbədə olub. Ona görə də o və qardaşı evdə nənələrinin yanında qalıblar. Bu vaxt Bakıdan bibilərinin nişanlısı Cavid Abdullayev onlara gəlib.

Bazarlıq üçün yaxınlıqdakı "Ay İşığı " marketinə yollanan C.Abdullayevə Ayxan və qardaşı da qoşulub. Mağazadan çıxan zaman isə uşağı hələ də axtarışda olan maşın vuraraq qaçıb. Həyatının son anlarını yaşayan balaca Ayxan dərhal yaxınlıqda olan insanlar tərəfindən Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya ağır yaralı gətirildiyini eşidən ana dərhal ona yaxınlaşıb və... bir qədər evdə qoyub gəldiyi 7 yaşlı oğlunun cəsədini görüb...

Qeyd edək ki, cinayəti törədib qaçan sürücü hələ tutulmayıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...