Salyan sakini öz evini yandırdı

Salyan sakini öz evini yandırdı

Salyanda yanğın hadisəsi baş verib.

 

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhəri Ağa Mirbağır Ağazadə küçəsində qeydə alınıb. 

 

Belə ki, həmin ünvanda yaşayan Əli Nuriyevə məxsus fərdi yaşayış evi anidən alovlanaraq yanmağa başlayıb. 

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 2 yanğınsöndürən maşın göndərilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, 3 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

 

Psixi pozuntusu olan Əli Nuriyevin evi özü yandırdığı ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...