Krİmİnal

Şakira və Pikenin evini qarət edən gürcü “qanuni oğru” saxlanıldı

Şakira və Pikenin evini qarət edən gürcü “qanuni oğru” saxlanıldı
İspaniyanın Kataloniya əyalətində "Qoqita” ləqəbli "qanuni oğru” Qoça Maisuradze saxlanılıb.

O, İspaniyada bir neçə evin, həmçinin futbolçu Jerar Pike və müğənni Şakiranın da evini qarət etməkdə ittiham olunur.

İstintaqla müəyyən olunub ki, Q.Maisuradze Barselonada və Aralıq dənizi sahilində varlı şəxslərin ev və mənzillərini qarət edən bir neçə kriminal qruplaşmaya nəzarət edib.

Q.Maisuradzenin oğurlanmış əşyaların yarısını özü üçün tələb etdiyi, əks halda kriminal qruplaşmanın üzvlərini amansızcasına cəzalandırdığı müəyyən olunub. O, həmçinin insanların döyülməsi, oğurlanması və onlara işgəncə verməkdə də ittiham olunur. /Report

XƏBƏR LENTİ