Şahin Diniyev məhkəməyə çağırıldı - Səbəb

Şahin Diniyev məhkəməyə çağırıldı - Səbəb

Azərbaycanın futbol üzrə milli yiğmasının keçmiş baş məşqçisi Diniyev Şahin Xudakərim oğlunun məhkəməsi başlayır. 

 

 

Sfera.az-ın  məlumatına görə, sabah Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə cinayət məcəlləsinin 177.2.4-cü (oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Xaliq Nofəl oğlunun məhkəməsi olacaq. Cinayət işində zərərçəkmiş qismində futbol mütəxəssisi Şahin Diniyev tanınıb. 

Xatırladaq ki, oğurluq hadisəsi ötən ilin sonlarında Bakıxanov qəsəbəsində Şahin Diniyevə məxsus mənzildə baş verib. O zaman Ş.Diniyev mətbuata açıqlama verərək bildirmişdi ki, uzun müddət orada yaşamayıb. Kirayə verdiyi mənzildə köhnə əşyalar olub. Bunu da kirayə verdiyi şəxslər elan saytına yerləşdirərək satıb. 

Sfera.az xəbər verir ki, yenisabah-a açıqlama verən Şahin Diniyev sabah məhkəmə prosesinin başlayacağını təsdiqləyib: "İstintaq bitib, sabah məhkəmə başlayır. Ancaq Nofəl Həsənov mənə vurduğu ziyanı ödəməyib, şikayətçiyəm”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...