Sahil qəsəbəsində hər an faciə baş verə bilər - VİDEO

Sahil qəsəbəsində hər an faciə baş verə bilər - VİDEO
Qaradağ rayonu, Sahil qəsəbəsi Şahlar Əsgərov bina 7-də yaşayan sakinlər qorxu içindədirlər.
Məhəllə sakini Amil Ələsgərov BakuPost-a bildirib ki, binanın qabağında yararsız su hovuzu üzərində olan daş piltələr çokdüyündən təhlükəli vəziyyət yaranıb:
"Havalar istiləşməyə doğru gedir. Uşaqlar su çəninin üstündə oynayırlar. Hovuzun üstündə olan panellər uçur. Panelin bir hissəsi çökmüşdü. Dünən gecə 2 panel yenə çöküb. Kiminsə balası bədbəxt olmamış bununla bağlı tədbir görülməlidir”.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, bir nəticə yoxdur.
 
 
 

OXŞAR XƏBƏRLƏR