Sahil Babayev keçmiş icra başçısının oğluna vəzifə verdi
16:25 / 07.07.2020
2622
Raqub Məmmədovun oğlu vəzifəyə təyin edilib.
Sfera.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.
Əmrə əsasən, Sənan Məmmədzadə yeni yaradılan 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin rəhbəri vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl Suraxanı Rayon Məşğulluq Mərkəzinin direktoru olub.
Qeyd edək ki, Sənan Məmmədzadə Ağdamın keçmiş icra başçısı Raqub Məmmədovun oğludur.
Orxan
Sfera.az