Şahid danışdı: "Rasimi döyən Cavidin bibisioğlu olub"

Şahid danışdı: "Rasimi döyən Cavidin bibisioğlu olub"

Tanınmış blogger Mehman Hüseynov öldürülən jurnalist Rasim Əliyevlə bağlı status yazıb. Həmin status olduğu kimi təqdim edirik:

Qətlə yetirilən jurnalist mənim çox yaxın dostumdur, həmkarımdır, 6 ildi bir yerdə işləmişik. Döyülən kimi xəstəxanadan mənə zəng edib bildirmişdi ki bütün jurnalistlərə yayım bu xəbəri, elə də elədim.

Gündüz vaxtı onun yanına gedə bilmədim. Ona görə onun yanına gecə i saat 12 yarısı getmişəm. Uzanmışdı palatada, yanında da uşaqlıq dostu.... Rasimdən hadisə ilə bağlı son məlumatları aldım.

Rasim bildirib: "Son statusla bağılı Cavid zəng eləmişdi mənə. Danışdıq, vəssalam. Bir neçə dəqiqə sonra isə başqa nömrədən özünü Cavidin əmisi oğlu (bibisi oğlu) kimi təqdim edən şəxs zəng elədi və dedi "Sən Cavidlə indi danışdın, nooldu, razılığa gəldiz?" Rasim bildirdi ki, bəli söhbət elədik, razılaşdıq. Onda həmin o şəxs deyir ki, gəl bir görüşək, çay içək. Görüşürlər. Bayılda 4-5 nəfər onu təkləyib döyürlər və telefonla pul qabını özləri ilə götürürlər. Rasim xəstəxanaya düşür. Rasim danışır: "Gün ərzində futbolçu Cavid Hüseynov və "Qəbələ" klubunun meneci yanıma gəlmişdilər ziyarətə. Bildirdilər ki, keçmiş olsun, amma mənim xəbərim yoxdu kim idi zəng edən. Onda Rasim Cavidə deyib: "Bəs o şəxs hardan bildi ki 1 dəqiqə əvvəl səninlə danışmışam?! Deməli adam sənin tanışındı və bilirdi ki səninlə danışdım". Cavid onda bildirir ki, "sən sağal, məsələni həll edərik, nə lazımdı edərik". Bu zaman içəri polis müstəntiqi girir. Cavid və menecerlər polisi görüb uzaqlaşırlar.
Rasimin dostu bugün mənə danışır:
"Meneceri dünən saxladım söhbət elədim, bildirdim ki, "İndi adam döyülər də, söyülər də, onu qoyuruq kənara, amma kişiliyiniz olsun, Rasimin telefonunu ve pul qabını qaytarın. Meneceri deyir ki, 1 saatdan sonra mənimlə əlaqə saxla. Gecə vaxtı onunla əlaqə saxlayır. O özünü menecer adlandıran şəxs deyir ki, telefonu və pul qabı məndədi, bəs gecə birin yarısı sirkin yanında görüşək, qaytarım".

Elə gecə 12.00 idi. Mən, Rasim və dostu idik palatada. Birdən dostu dedi ki, Rasim mən getməliyəm evə. Bəlkə bir azdan gəldim (əslində isə görüşə gedir, telefonunu və pul qabını almağa")...

Mən də Rasimlə söhbətləşdim, hətta Rasim bu vəziyyətdə belə zaraf elədi. Deyirdi ki "Qəbələ"-"Panatinaikos" oynuna və bir həftəlik Yunanıstana səfərə bilet versinlər, söhbəti bağlıyaram (gülərək)... Saat 1-ə yaxınlaşırdı Rasim bildirdi ki, evdəkilər ilə danışmalıyam,bəs konturum yoxdu. Dedim onsuz da gedirəm evə, sənə indi kontur göndərərəm. Çıxıb gedirəm. Bir saatdan sonra Rasimin dostu zəng edir ki, xəstəxanadayam, Rasimi əməliyyata aparıblar, halı çox pisdir. Səhəh görüşdük. Soruşuram ki, bəs görüşdün meneceri ilə? Dedi yox, o vaxtdan nə menecerlərinə zəng çatır, nə vitse-prezidentlərinə, nə də heç kimə. Bütün gün ərzində telefonu söndürüblər" .
Səhər isə Rasimi itirdik. Allah rəhmət eləsin!"


OXŞAR XƏBƏRLƏR