Sahibkarlar Vergilər Nazirliyindən əsas bu səbəblərə görə şikayət edirlər

Sahibkarlar Vergilər Nazirliyindən əsas bu səbəblərə görə şikayət edirlər
Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

 

Sfera.az Apa-ya istinadən bildirir ki, bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.
 

Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirib.

 

"Yanar Dağ QSC, "Telko Qafqaz”, "Metals LTD”, "N-Link İNTELLİGENT SOLUTİONS”, "Qlobal Finans”, "Qartal-A”, "İnter Qarden”, "Relax” MMC-lərin, "İnkomservis” firmasının rəhbərləri və başqaları məhz Vergilər Nazirliyinin onların fəaliyyətinə mane olduğunu yazıb, bir çox kiçik sahibkarlar, həmçinin bəzi vətəndaşlar nazirliyin Gəncə, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Göyçay idarə və departamentləri işçilərinin onlara qarşı əsassız təzyiqlərindən şikayətləniblər", - deyə S.ismayılov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Bu MMC-yə aid yük maşını "Prius"la TOQQUŞDU - Bir nəfər öldü

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov...

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.   Sfera.az "Axşam.az"a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun mü...

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət ...

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmı...

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...