Sahibinin məzarı başında 12 il gözləyən it öldü

Sahibinin məzarı başında 12 il gözləyən it öldü
 Argentinada 12 il öncə həyatını itirən sahibinin məzarı başından ayrılmayan Kapitan adlı it ölüb.

Sfera.az xəbər verir ki, Argentinada 2006-cı ildə ölən sahibinin məzarı başında yaşayan Kapitan, yenə onun məzarı başında ölü tapılıb. Məzarlığa baxanlar və ətrafdakı qonşular tərəfindən bəslənilən 15 yaşındakı itin son zamanlarda xəstə olduğu bildirilib.

Kapitan, Argentinanın Villa Karlos Paz şəhərində yaşayan Migel Guzmanın iti idi. Guzmanın 12 il öncə həyatını itirməsindən sonra evin iti Kapitan yoxa çıxıb. Ailə üzvləri elan verərkən onu evdən çox uzaqda yerləşən qəbristanlıqda tapıblar.

Qəbristanlığın müdiri Hektor Bakseqa mətbuata verdiyi açıqlamada iti heç kimin məzarlığa gətirmədiyini və Kapitanın hər gün müəyyən saatlarda Guzmanın məzarı başında yatdığını bildirib.

Buna bənzər bir olay 1924-cü ildə Yaponiyada da baş verib. Xatiko adlı it sahibi öldükdən sonra 9 il boyunca onun hər gün gəldiyi metro stansiyasının qarşısında gözləyib. Bu it haqqında "Xatiko. Bir itin hekayəsi" adlı film də çəkilib.

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...

Sabah bu rayonlarda QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

Sabah Ucar, Zərdab, Beyləqan və Göyçay rayonlarının qaz təchizatında müvəqqəti yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft...

"Adidas" tenderi QAZANDI - Bu klubla əməkdaşlıq edəcək 

"Adidas" 2025/2026 mövsümündən etibarən "Liverpul"un yeni təchizatçısı olacaq.   Sfera.az bildirir ki, alman şirkəti tender...

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...