“Şahdağ”dan açıqlama: \"Bu cür izdiham baş verməyib\"

“Şahdağ”dan açıqlama: \
 "Şahdağ” Turizm Mərkəzi qış mövsümünün açılışı zamanı sosial şəbəkələrdə yayılan xoşagəlməz hallarla bağlı açıqlama yayıb.

Sfera.az xəbər verir ki, mərkəzdən Movqe.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan, mərkəzin ictimai nüfuzuna və müsbət işgüzar imicinə xələl gətirə biləcək video-görüntülərə cavab olaraq bildirilir ki, bu cür görüntülər vasitəsilə süni ajiotajın yaradılması turizm mərkəzini narahat edərək təəssüfləndirir:

"Sayca altıncı qış mövsümünün açılışı dekabr 16-da baş tutub və gün ərzində mərkəz 3000-dən çox turist qəbul edilib. Dekabr 17-də mərkəzi daha çox – 4000-ə yaxın insan ziyarət etsə də, bu cür izdiham baş verməyib.Turizm mərkəzi olaraq ən ümdə məqsədimiz qonaqlarımızın məmnunluğu ilə yanaşı, təhlükəsizliyini də ən yüksək səviyyədə təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən kanat yollarının istehsalçısı Avstriyanın dünya üzrə tanınmış "Doppelmayr” şirkətidir və şirkətin texniki təhlükəsizlik tələblərinə əsasən, yuxarı qalxarkən 100%, aşağı enərkən isə 25% doluluq şərtinə mütləq surətdə riayət olunmalıdır. Nəticə etibarilə yuxarı qalxarkən 4 nəfər, aşağı enərkən isə hər bir kabindən biri boş olmaqla 2 nəfər otura bilər. Əlbəttə, mərkəzimizə olan marağın və turistlərin sayının ilbəil durmadan artması bizi çox sevindirir. Ancaq təəssüflə bildiririk ki, bəzi hallarda bir qisim qonaqlar təhlükəsizlik tələblərinə əməl etməkdən imtina edir, növbədə gözləmək istəmirlər. Məhz həmin gün də müəyyən turistlər tərəfindən kanat yollarının girişində quraşdırılmış təhlükəsizlik torları qırılıb, kanat yollarının sərbəst hərəkətinə mane olaraq, operatorların işinə əngəl yaradılıb.

İstənilən halda "müştəri daima haqlıdır” prinsipini əsas tutaraq fəaliyyət göstərən mərkəz qonaqların rahatlığını təmin etmək, daim xidmət keyfiyyətini artırmaq üçün dayanmadan çalışır və gələcəkdə bu kimi halların baş verməməsi üçün daha ciddi təhlükəsizlik qaydalarının formalaşdırılması istiqamətində işlər görülür”.

Qeyd edək ki, sosial şəbəkələrdə "Şahdağ” Turizm Mərkəzində qış mövsümünün açılışı zamanı xoşagəlməz hallar yaşandığı və insanların pis vəziyyətdə qaldığı barədə video yayılıb.

OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...