Şahdağa qar yağıb

Şahdağa qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 20-si gündüzdən 21-i səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb. 

Qeyd edilən tarixlərdə rayonlarda hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, yağan intensiv yağışla əlaqədar Kürmükçay və Əyriçayda qısamüddətli daşqın keçib, ayrı-ayrı yerlərdə dolu düşüb. Yüksək dağlıq rayonlarda Şahdağda qar yağıb, 2 sm qar örtüyü əmələ gəlib.

Bölgələr üzrə ən çox düşən yağıntının miqdarı

Böyük Qafqazda: Qaxda ( Sarıbaş) 94 (aylıq normanın 91 faizi), Şəkidə 56 (aylıq normanın 54 faizi), Oğuzda 42 (aylıq normanın 40 faizi), Qəbələdə 33 (aylıq normanın 27 faizi), Şəkidə (Kişçay) 29 (aylıq normanın 28 faizi), Qırızda 26 (aylıq normanın 30faizi), Şahdağ, İsmayıllıda 23 (aylıq normanın 19 faizi), Altıağacda 20 (aylıq normanın 28 faizi), Xaltan, Balakəndə 18, Şamaxıda 14, digər rayonlarda 0,6-9 mm;.

Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 35 (aylıq normanın 92 faizi), Mingəçevirdə 13, digər rayonlarda 0,3-7 mm;

Kiçik Qafqazda: Göygöldə 22 (aylıq normanın 19 faizi), Gədəbəydə 16, Daşkəsəndə 11 mm;.

Qazax-Gəncə zonasında: Tovuz (Zəyəmçay Ağbaşlar) 24, Tovuzda (Kirən) 17, digər rayonlarda 0,7-14 mm;

Naxçıvan MR-da: Culfada (Ərəfsə) 28 (aylıq normanın 85 faizi), Ordubadda (Nurgütdə) 28 mm (aylıq normanın 66 faizi);

Lənkəran-Astara zonasında: Lerikdə 7, Biləsuvarda 2, Lənkəranda 0.7 mm;

Bakıda və Abşeron yarımadasında: Bakıda 0,4, Sumqayıtda 0,3 mm qeydə alınıb.

Dolu: Şəki-Sarıbaş HMS-nın verdiyi məlumata əsasən saat 20:15-22:00 radələrində Sarıbaşda diametri 13, İlisuda 16, Daşkəsəndə (Dəstəfurçay Qaraqollar) 9, Şəkidə 0,8 mm olan dolu düşüb.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...