“Şagirdlərin məktəbə telefon gətirməsi qadağan olunsun?” – Ekspert rəyi

“Şagirdlərin məktəbə telefon gətirməsi qadağan olunsun?” – Ekspert rəyi
 

Millət vəkili Azər Badamov parlamentin son iclasında şagirdlərin məktəbə telefonla gəlməsinin qadağan edilməsilə bağlı təkliflə çıxış edib.


Sfera.az məsələyə ekspert münasibətini öyrənmək məqsədilə Kamran Əsədovla əlaqə saxlayıb. Saytımıza açıqlama verən təhsil ekperti Əsədov qadağanın optimal həll yolu olmayacağı fikrindədir:


"Biz dərsin pozulmasına və ya uşaqların diqqətinin yayınmasına görə məktəblərdə telefonu yasaq edə bilərik. Ancaq nəzərə alaq ki, biz mobil telefon vasitəsilə övladlarımızdan məlumat alırıq, onların nə vaxt məktəbə çatdığı və ordan ayrıldığı ilə bağlı xəbər öyrənirik. Ən yaxşı yol kimi mən bunu təklif edə bilərəm ki, telefon məktəblərin girişində qoruyucu şkaflara qoyulmalıdır və uşaq dərsdən çıxandan sonra oradan telefonunu götürüb gedə bilər. Belə olan halda dərsdə heç bir diqqət yayınmasından söhbət getməz. Qadağan qoymaqla biz şagirdi neqativə yönləndirmiş olarıq. Alternativ yol tapmaqla isə biz gələcək nəsillərimiz olan şagirdləri qorumuş olarıq. Valideynlər uşaqların telefonlarda əxlaqsız saytlara daxil olmasına əngəl qoymaqla telefondan daha səmərəli istifadəyə şərait yaratmış olarlar”.


Əlimizdə olan texnologiyadan istifadəni düzgün istiqamətləndirmədiyimizi bildirən ekspert şagirdlərin telefondan heç də düzgün istifadə etmədiklərindən şikayətləndi:


"Ümumiyyətlə isə 2009-cu ildə qəbul edilmiş Təhsil Haqqında Qanuna görə, tədrisin gedişində dərsə mane olan resurslardan istifadə yolverilməzdir. Əlimizdə olan elektronika, texnologiyadan düzgün istifadə etməliyik. İnformasiya texnologiyaları bizə məlumat almaqda kömək etməlidir. Bu gün Azərbaycanın 4400 orta məktəbində 1 milyon yarım şagird təhsil alır, ancaq Təhsil Nazirliyi və digər qurumların yaratdığı faydalı informasiya resurslarından istifadə edən məktəblilərin sayı 100 min, faiz hesabı ilə isə 1 faizdir”.

 

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...