Krİmİnal

Şadlinski həbs edildi –İki nəfəri bıçaqlayıb

Şadlinski həbs edildi –İki nəfəri bıçaqlayıb
Ağstafada bıçaqlanma hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, mayın 4-də gecə saatlarında 39 yaşlı Sumqayıt şəhər sakini Həsən Abbasovun və 24 yaşlı Ağstafa rayon Aşağı Göycəli kənd sakini Ülvi Quliyevin kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri almaları barədə Ağstafa rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa şəhər sakini, 27 yaşlı Kamran Şadlinski şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, zərərçəkənlərə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031