Sadiq Qurbanov seçicilərlə görüşlərini davam etdirir

Sadiq Qurbanov seçicilərlə görüşlərini  davam etdirir

YAP-ın ilk üzvlərindən biri, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi irəli sürülən Sadiq Qurbanov seçiciləri ilə görüşlərini davam etdirir.

 

Hazırda Şabran rayonunda olan Sadiq Qurbanov özünün sosial şəbəkə hesabında yazır: "Bu günümüz də çox məhsuldar keçdi. Səhər saat 10:00-dan başlayaraq, 18:20-yə qədər Şabran rayonunun Pirədəbil, Zeyvə, Sumaqova, Qazma, Zöhramı, Kilvar, Taxtalar və Dağ Bilici kəndlərinin sakinləri ilə görüşdük. Abdulhüysen müəllimə, Dilarə xanıma, Çingiz müəllimə, Qalib müəllimə, Adil muəllimə, Əlirza müəllimə, Pərvanə xanıma, Xuraman xanıma, Allahverən müəllimə və bütün sakinlərə təşəkkür edirəm. Sizin Prezidentimiz İlham Əliyevə, Mehriban xanıma isti münasibətiniz, dövlətimizə dəstəyiniz məni qürurlandırır. Belə qədirbilən olmağınıza görə sağ olun!”


Qeyd edək ki, Sadiq Qurbanov 90-cı illərin əvvəllərində – BDU-da təhsil alarkən aktiv şəkildə Heydər Əliyevin müdafiəsinə qoşulub. O, parlamentin qarşısında Heydər Əliyevin seçkidə iştirakını əngəlləmək üçün tətbiq olunmuş yaş senzi əleyhinə aksiyaların təşkilatçılarından və fəal iştirakçılarındandır.

Sonrakı illərdə YAP-ın mərkəzi qərargahında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, həmçinin müəllim kimi Bakı Dövlət və İqtisad universitetlərində işləyib. Hazırda SOCAR-da çalışır.


OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...