“Saçlarım, dişlərim tökülüb” - Xalq artisti

“Saçlarım, dişlərim tökülüb” - Xalq artisti

İki ildir ki, səhhətində ciddi problemi olan xalq artisti Könül Xasiyeva "10-dan sonra” verilişində qonaq olub. 

"Qafqazinfo” xəbər verir ki, muğam ifaçısı uzun müddətdən sonra efirə çıxıb. Xasıyeva deyib ki, xəstəliyi ilə bağlı bütün qurumlara müraciət edib:

"Hamıya müraciət etmişəm. Hesab edirəm ki, efirə çıxandan sonra bir nəticəsi olacaq. Ölüm haqdır, ancaq övlad varsa, insan yaşamaq istəyir. Saçlarım, dişlərim tökülüb. Gündəlik həyatda pariksiz gəzirəm. Xahiş edirəm jurnalist dostlarımız, həmin görüntüləri yaymayın".

Canlı efirə aparıcı Hacı Nuran Hüseynov qoşulub. O, yeni yaranan "Həyat” fondunun xalq artistinə yardım edəcəyini söyləyib. 

Xatırladaq ki, K. Xasıyeva  şəkər olduğunu və onurğasında ciddi problemin olduğunu bildirir. Xalq artisti əsl xəstəliyi barədə açıqlama vermir. 

 

Sfera.az

 

 




OXŞAR XƏBƏRLƏR