Saçı qırxılan qadına verilən işgəncə izlərinin şok görüntüləri yayıldı - FOTOLAR (18+)

Saçı qırxılan qadına verilən işgəncə izlərinin şok görüntüləri yayıldı - FOTOLAR (18+)
Ərinə xəyanət etdiyi iddiası ilə saçı qırxılan və bu görüntüləri sosial şəbəkəyə yayılan qadınla bağlı yeni detallar ortaya çıxıb.
 
Sfera.az bildirir ki, Musavat.com hadisə baş verən gün qadına qarşı törədilən işgəncə izlərinin görüntülərini əldə edib. Məlum olub ki, xəyanət etdiyi iddia olunan qadın videoya çəkiləndən əvvəl və sonra vəhşicəsinə döyülüb.

Görüntülərdən bəlli olur ki, qadının bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirilib, bədənində siqaret söndürülüb. Qadının ailəsi iddia edir ki, hətta 5 yaşlı qızlarının əlinə bıçaq verilərək, "get, ananı yarala” deyilib.

Zərərçəkən tərəfin ailə üzvlərinin bu sayaq məhrəm xarakter daşıyan şəkillərin bu formada yayılmasına etiraz etmədiyini nəzərə alaraq görüntüləri təqdim edirik.
 

OXŞAR XƏBƏRLƏR