Sabunçuda “Üzüm bağı” təriqətinə üzv olan ana 5 yaşlı körpəsini boğub öldürdü — Pis ruhları çıxarırdım

Sabunçuda “Üzüm bağı” təriqətinə üzv olan ana 5 yaşlı körpəsini boğub öldürdü — Pis ruhları çıxarırdım
Sabunçu rayon Məhkəməsində 5 yaşlı övladını qəsdən öldürən Qulibəyova Nazilə Yusub qızı ilə bağlı təyin olunan məhkəmə tibbi ekspertizanın müddəti uzadılıb.
 

Sfera.az "Ölkə.Az”-a istinadla xəbər verir ki, həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərarı hakim Süleyman Ağayev verib.

Xatırladaq ki, 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulibəyova ilə bağlı məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib və hakim qadının anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib.

Belə ki, məhkəmə proseslərinin birində keçmiş gəlininin xarakterindən danışan N.Qulubəyova bildirib ki, o, tək yaşamağı sevirdi, rəfiqələri olmayıb, ətrafdakılarla ünsiyyəti yox idi.

Məhkəmədə sualları cavablandıran Nataliya Qulubəyova nəvəsinin kim tərəfindən öldürülməsi haqda suala belə cavab verib:

 "Mən əminəm ki, anası tərəfindən öldürülüb. Mən evə girəndə mənzərəni gördüm. O, heç bir reaksiya vermirdi. Nəvəm başqa otaqda yerdə uzanmışdı. Nazilə isə başqa otaqda divanda oturmuşdu. Heç bir reaksiya vermirdi, heç nə danışmırdı. Bir ana övladına necə qıya bilər? Mən də anayam, övladım yaşasın deyə, canımı verərəm".

Şahid hadisəni törədən zaman gəlininin affekt vəziyyətində olması ilə bağlı suala cavab verə bilməyəcəyini deyib.
Məhkəmədə mərhum Fəridin atası Rüstəm Qulubəyov şahid kimi çağırılan Sima Xaliqiyə suallar verib.
Sima Xaliqi təqsirləndirilən şəxsi dini təriqətin iclaslarına aparıb.

Rüstəm Qulubəyov S.Xaliqiyə sualında, ondan arvadının belə problemlərinin olduğu halda onlara niyə məlumat vermədiyini soruşub.
S.Xaliqi isə deyib ki, Nazilə Qulibəyova ilə görüşdükləri ərəfədə onun heç bir problemi olmayıb.

İlkin məlumat isə belədir ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda "Üzüm bağı" dini təriqətinin üzvü olub.
O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova "pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski tutaraq boğub.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...