Şabranda 6-cı sinif şagirdi özünü asdı
18:54 / 18.01.2017
1769
Şabran rayonunda intihar olub.
Sfera.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Daşlıyataq kəndində qeydə alınıb. 2005-ci il təvəllüdü Mütəllimov Elnur Sahib oğlu özünü asıb.
6-cı sinif şagirdi olan E.Mütəllibovun intiharının səbəbləri araşdırılır.
Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.