Sabirabadda qəza: Avtomobil yandı
21:20 / 14.12.2015
923
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, belə ki vətəndaşlara məxsus “HYUNDAI” və “MERCEDES” markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı “HYUNDAI” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.