Sabirabadda 26 yaşlı oğlan bıçaqlandı
Hadisə
13:00 / 22.04.2018
3549
Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az "APA"ya istinadən bildirir ki, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.