Sabir Rüstəmxanlı qardaşının Almaniyada həbs olunmasından danışdı

Sabir Rüstəmxanlı qardaşının Almaniyada həbs olunmasından danışdı

"Hadisə barədə məlumatlıyam. Ümid edirəm ki, məsələ araşdırıldıqdan sonra aydınlaşacaq”.

Sfera.az  xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin Almaniyada miqrant alverinə görə həbs edilməsinə münasibət bildirərkən deyib.

S.Rüstəmxanlı qeyd edib ki, Əlövsət Əliyev miqrantlara yalnız hüquqi yardım göstərib:

"O Azərbaycandan qanunsuz miqrant aparmaqda günahlandırılır. Amma Əlövsət insanlara hüquqi yardım edib, bundan da hamımız məlumatlı idik. Mən burada heç bir cinayət tərkibi görmürəm”.

Saxta sənədlərin hazırlanmasına gəlincə, S.Rüstəmxanlı qardaşına qarşı irəli sürülən bu iddia ilə razılaşmır:

"Əlövsətin saxta sənəd düzəltmək kimi işlərlə əlaqəsi və imkanları yoxdur. O ancaq hüquqi yol göstərə bilər ki, insanlar o ölkəyə hansı yolla gedə bilər. Əvvəl də onların evinə gəliblər və axtarışlarda heç bir saxta sənəd tapılmayıb. İndi də tapılan sənədlərin heç biri Əlövsətin evindən çıxmayıb”.

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb.

Məlumatlara görə, saxlanılan dəstədə "Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev də var.


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...