Sabir Rüstəmxanlı Əli Kərimliyə CAVAB VERDİ: \"Arxamca danışılanlar əsassızdır\"

Sabir Rüstəmxanlı Əli Kərimliyə CAVAB VERDİ: \
2000-ci ildə Qüdrət Həsənquliyev və Əli Kərimli arasında hansı müzakirələrin getdiyini deyə bilmərəm.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı müxalifət cəbhəsində gedən son müzakirələrlə bağlı Redaktor.az-a açıqlama verib. S.Rüstəmxanlı bildirib ki, keçmişdə baş verən hadisələrin uzun-uzadı müzakirəsinin müxalifət düşərgəsinə nə verdiyini başa düşmür:

"Müxtəlif dövrlərdə və mərhələlərdə hər zaman boykot çağırışları olub. Parlament seçkilərindən əvvəl və sonra, seçki müzakirə olunanda bu çağırışlar aktual idi. Mən həm Əli Kərimli, həm də başqa müxalifət partiya sərdləri ilə müzakirələrdə demişəm ki, Azərbaycanda boykot mexanizmi yoxdur. Rəhbəri olduğum Vətəndaş Həmrəyliyi Partiyası hər zaman seçkilərə, parlamentə qatılmağın tərəfdarıdır”.

S.Rüstəmxanlı qeyd edib ki, həmin dövrdə Qüdrət Həsənquliyevlə Əli Kərimli arasında gedən söhbətlərdən xəbəri olmayıb:

"Çünki bu, Xalq Cəbhəsi Partiyasının daxilində gedən müzakirələrdir. Onlar hansı mərhələdə nə qərar qəbul ediblər, sonradan necə fikir dəyişdiriblər o barədə heç nə deyə bilmərəm”.

Rüstəmxanlı Əli Kərimlinin parlamenti boykot etmək barədə sənədə imza atmasının səbəbkarı kimi onu göstərməsinə də münasibət bildirib:

"Mən sənədə imza atıb-atmayacağımı heç kimə deməmişəm. Arxamca danışılanlar əsassızdır. Bir daha deyirəm, kiminsə mənim arxamca ağır söz deməsi, mənə görə addım atmağa məcbur olduğunu iddia etməsi əsassızdır, yanlışdır. O, sadəcə olaraq, mənim mövqeyimi düzgün çatdırmayıb”.

S.Rüstəmxanlı bildirib ki, artıq gələcəyə baxmaq lazımdır:

"Biz çox ağır yollardan keçmişik. Ona görə də, artıq gələcək haqqında düşünməliyik. Ölkəmizin problemləri hələ də həll olunmamış qalır, torpaqlarmızın bir hissəsi işğal altındadır. Məsuliyyəti bir-birinin boynuna atmaqdansa, problemin həlli ilə bağlı düşünmək lazımdır”.  

Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev BayMedia-ya açıqlamasında bildirib ki, 2000-ci ilin parlament seçkilərindən sonra Əli Kərimli Milli Məclisə düşə bilməyən digər partiyalarla birlikdə, parlamenti boykot etmək barədə sənədi imzalamağa hazırlaşırdı. Lakin  sonradan Əli Kərimli sənədi imzalamayacağına söz verdi:

"Amma bir neçə saatdan sonra geri döndü və heç nə deməmiş rəngindən başa düşdüm ki, sənədi imzalayıb. Soruşdum niyə imzaladın? O Sabir Rüstəmxanlı barədə ağır ifadə işlədərək dedi ki, mən elə bilirdim o imzalamayacaq, mən də ona istinad edib imzalamayacağam. Amma o da imzalayandan sonra mənim başqa yolum qalmadı”.

OXŞAR XƏBƏRLƏR

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...

"Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra...

"Atletik"in yarımmüdafiəçisi İker Munyain cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.   Sfera.az bildirir ki, 31 yaşlı futbolçu bu...

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Ə...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...