Dünya

Sabiq “QRU” agentini “zəhərləyənlər” ilk dəfə danışdılar - VİDEO

Sabiq “QRU” agentini “zəhərləyənlər” ilk dəfə danışdılar - VİDEO
Böyük Britaniya hökumətinin sabiq "QRU” agenti Sergey Skripal və qızını zəhərləməkdə ittiham etdiyi Rusiya vətəndaşları Aleksandr Petrov və Ruslan Boşirov üzə çıxıblar.

Sfera.az xəbər verir ki, "Russia Today” telekanalının jurnalisti Marqarita Simonyana müsahibə verən kişilər onların foto və video materiallarının KİV-də getməsindən sonra həyatlarının kabusa çevrildiyini deyiblər. 

Aleksandr Petrov və Ruslan Boşirov Böyük Britaniya hökumətinin onların bütün həyatını alt-üstü etdiyini deyiblər. 

"Sizin həyatınızı nə vaxtsa birdən-birə başıaşağı çeviriblər? Sadəcə bir gündə məhv etdilər” – Boşirov nə üçün həyəcanlı olmaları barədə suala cavab verərkən belə deyib.

Aleksandr Petrovun sözlərinə görə, fotoların dərc olunmasından sonra onlar hara gedəcəklərini bilməyiblər – polisə, FTX-yə, yoxsa Böyük Britaniya rəhbərliyinə.

Xatırladaq ki, rəsmi London Aleksandr Petrovu və Ruslan Boşirovu Rusiya ordusu Baş Kəşfiyyat İdarəsinin zabitləri kimi qələmə verir.

Rəsul
Sfera.az
 
 

AdRiver

XƏBƏR LENTİ