Sabiq icra başçısının ailəsindəki faciənin – Şok təfərrüatı

Sabiq icra başçısının ailəsindəki faciənin – Şok təfərrüatı
Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Sfera.az Publika.az-a istinadla xəbər verir ki, sabiq icra başçısının oğlu Hünər Rzayev qəbul etdiyi dərmanların təsiri nəticəsində dünyasını dəyişib. H.Rzayevin səhhətində bir müddət imiş ki, problemlər yaranıbmış və o, mütəmadi ağrıkəsici dərmanlar qəbul edirmiş. Bir neçə gün əvvəl o, normadan artıq ağrıkəsici qəbul edib və kimyəvi tərkibli həblərin orqanizmə təsiri nəticəsində komaya düşüb. Bakıdakı xəstəxanalardan birinə çatdırılsa da, Hünər Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

H.Rzayevin vəfat etdiyi gün, onun Lənkəranda yaşayan əmisi, rayonun sabiq icra başçısı Yaşar Rzayevin qardaşı Namiq Rzayev insult keçirib. O, Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada vəfat edib.

Bildirilir ki, Hünər Rzayev xeyli müddət Vergilər Nazirliyində çalışıb. Keçən il vergilə naziri Mikayıl Cabbarovun işdən çıxarılmasına qərar verdiyi 64 nazirlik əməkdaşı arasında o da olub. Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışan Hünər Rzayev işdən kənarlaşdılıb.

Qeyd edək ki, Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin oğlu Hünər Rzayev və qardaşı Namiq Rzayev dünyasını dəyişib.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında&...

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı FƏRMAN İMZALANDI

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bunun...

Prezidentin yüksək vəzifə verdiyi Fərhad Adıgözəlov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayı...

Türkiyədə bu sosial şəbəkə ilə bağlı QƏRAR VERİLDİ

Türkiyədə 29 apreldən etibarən “Threads” tətbiqindən istifadə dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Qurumu...

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

ABŞ dollarının məzənnəsi 2024-cü ilin əvvəlindən bəri təxminən 5 faiz yüksəlib.  Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini göstərən Do...

İlham Əliyev Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edib.   Sfera.az xəbər verir ki, bununla bağ...