Dünya

Sabiq baş nazirin evində çantalara doldurulmuş on milyonlarla dollar pul tapıldı

Sabiq baş nazirin evində çantalara doldurulmuş on milyonlarla dollar pul tapıldı
Sabiq Malayziya baş naziri Nəcib Rezakın evində aparılan polis axtarışı zamanı çantalara doldurulmuş 28 milyon dollar dəyərində pul aşkarlanıb.

Sfera.az xəbər verir ki, Dövlət İnkişaf Fondunda korrupsiya ittihamı ilə bağlı əməliyyat keçirən polis xeyli sayda qiymətli saat, zinət əşyası və 284 quru dolu əl çantası tapmışdı. Bu fonddan milyardlarla dollar pulun yoxa çıxdığı bildirilir.

Nəcib Rezakın hesabına 700 milyon dollar keçirildiyi iddia edilir. Rezak özü isə bu iddiaları rədd edir. Pul və zinət əşyaları Malayziyanın paytaxtı Kuala Lumpurda üç yaşayış binasında keçirilən əməliyyat zamanı tapılıb.
 
Polisin verdiyi açıqlamaya görə, 35 çantaya doldurulmuş 28 milyon dollar və bundan başqa 37 çantada zinət əşyaları və qiymətli saatlar tapılıb. 
 
Rəsul
Sfera.az
 



AdRiver
loading...

XƏBƏR LENTİ