Sabiq baş nazirin adı qətldə hallanır: Gənc modeli öldürüb - FOTO
15:34 / 21.05.2018
2091
Korrupsiya əməllərində ittiham olunan Malayziyanın sabiq baş naziri Nəcib Rezak adının hallandığı cinayət işi ilə yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, sabiq baş nazirin sevgilisi olduğu iddia edilən və öldürüldükdən sonra cəsədi partladılan monqol maneken Altantunya Şaariibuu üçün Monqolustan dövləti fəaliyyətə keçib, ölkə prezidenti ədalət istəyib.
Rezakın tərcüməçisi kimi işləyən 28 yaşlı Altantunya Şaariibuu 2006-cı ildə qaçırıldıqdan sonra güllələnərək öldürülmüş, daha sonra cəsədi partladıcı ilə partladılmışdı. Hadisə ilə bağlı Rezakın baş təhlükəsizlik xidmətinin iki əməkdaşı həbs olunmuşdu. Zaminə buraxılan iki şübhəli şəxsdən biri Avstraliyaya qaçmışdı.
Sirul Əzhər Ömər adlı şübhəli şəxs 2015-ci ildən bəri Avstraliya miqrant mərkəzi tərəfindən nəzarətdə saxlanılır. Avstraliya qanunlarına görə, şübhəli şəxslər edam hökmü olan ölkələrə ekstradisiya edilə bilməz. Bu səbəbdən Malayziyanın ekstradisiya tələbi rədd edilib.
Sirul seçkini udan yeni hökumətlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib, lakin bunun üçün özünün tamamilə əfv olunmasını istəyib.
Rəsul
Sfera.az