Sabiq baş nazir azadlığa buraxılacaq

Sabiq baş nazir azadlığa buraxılacaq
 

Gürcüstanda həbsdə olan ölkənin keçmiş baş naziri və daxili işlər naziri Vano Merabişvili azad olunacaq.

Sfera.az "Report"a istinadən bildirir ki, o, 2020-ci il fevralın 20-də həbsxanadan buraxılacaq.

V.Merabişvili 2013-cü ilin mayında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə daxil olmaqla bir neçə cinayət işi üzrə həbs olunub. O, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Merabişvili 2004-2012-ci illərdə daxili işlər naziri, 2012-ci ilin iyul ayından oktyabr ayına qədər isə baş nazir vəzifəsini tutub. 


OXŞAR XƏBƏRLƏR