evli_wedding_2605230b

Sabina : "Mənə yaxın gəl, məni möhkəm qucaqla ..." - + VİDEO

Share Button
"Sevgi - keçmişi və gələcəyi qəbul etməyən tək ehtirasdır. Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. Yeni mahnım da elə sevgidən, eşqdəndir. Sevgililər üçündür. Sevgi ruhun gözəlliyidir, gəlin ruhumuzu təmiz saxlayaq. Sevib, sevilməkdən gözəl nə var ki? ".

Bu sözləri BiG.AZ-a açıqlamasında müğənni Sabina Selcan deyib. Son zamanlar oxuduğu mahnılar ilə adından söz etdirməyi bacaran ifaçı xanım "Mənə yaxın gəl" ı yeni mahnısına klip çəkdirib. Mahnının ekran işi rejissor Orxan Məmmədliyə aiddir: 

" "Mənə yaxın gəl" adlanan lirik mahnının söz və musiqisi İsmayıl Əsədova aiddir. Aranjimançı Samir Şirinovdur. Prodüserim Sayqa Cahidə və təşkilatçı Zamiq İbrahimova təşəkkür edirəm. Mətbuat katibim Əfruzə Ağayevaya da dərin təşəkkür düşür. Mən elə insanam ki, əziyyəti keçən hər kəsə təşəkkür etməyi özümə borc bilirəm. Yanımda olan, bütün işlərimdə mənə kömək edən insanlara çox sağ ol deyirəm. Klip barədə onu da deyim ki, Azərbaycan tele məkanında ilk dəfədir ki, belə qeyri-adi sonluqla bitən klip çəkilib. Klipdə qarşı tərəf həm var, həm yoxdur. Necə bəzi sevgililərin qadının həyatında olub və ya olmamasında fərq hiss olunmur ha, bizim klipdə də elə həssas məqamlara toxunulub. Qısacası baxanlar biləcək ki, əslində Sabina Selcan nə deyir ...". 

 





Sabina yataqda:
Sabina yataqda:
Sabina yataqda:
Sabina yataqda:
Sabina yataqda:
Sabina yataqda:
Sabina yataqda:

Share Button

DİGƏR XƏBƏRLƏR