Sabahdan “WhatsApp”da yeni funksiya tətbiq olunacaq - Foto

Sabahdan “WhatsApp”da yeni funksiya tətbiq olunacaq - Foto
"WhatsApp”da daha sizi arzulamadığınız qruplara əlavə edə bilməyəcəklər. Proqramda yenilik sizi bu narahatlıqdan uzaq tutacaq.
Sfera.az Bizimyol.info-ya istinadla xəbər verir ki, messencerdə yenilənmədən sonra yeni funksiya peyda olacaq. "Qruplar” bölməsinə daxil olmaqla prosesi tənzimləyə biləcəksiniz. Yəni kimin qruplara əlavə etmək imkanı olduğuna siz qərar verəcəksiniz. Üç variant təklif olunacaq: "Hamı”, "Mənim kontaktlarım”, "Heç kim”.
 
 
İndi yenilik test rejimində işləyir. Tezliklə hamı bundan istifadə edə biləcək.
Bir müddət əvvəl "WhatsApp” spamları müəyyənləşdirmək üçün yeniliyə əl atmışdı. Bunun üçün "İnformasiyanın göndərilməsi” funksiyası əlavə olunmuşdu.

OXŞAR XƏBƏRLƏR