Sabahdan prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanacaq
19:51 / 23.03.2018
2405
Sabahdan Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanacaq.
Sfera.az-ın məlumatına görə, ümumilikdə 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.
Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.
Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır.
Onu da qeyd edək ki, bülletenlərin Milli Məclisin mətbəəsində çap ediləcəyi bildirilir.