Sabaha olan hava proqnozu açıqlanıb - Havalar kəskin dəyişir

Sabaha olan hava proqnozu açıqlanıb - Havalar kəskin dəyişir
 

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 18-20, günün birinci yarısında 21-25 dərəcə isti, axşam 17 dərəcəyə yaxın isti təşkil edəcək.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq.

 

Azərbaycanın rayonlarında şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 21-dən 22-si səhərədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.


OXŞAR XƏBƏRLƏR

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Azərbaycanda tibbi maska istehsalı ARTDI

Bu il Azərbaycanda tibbi maska istehsalında kəskin artım müşahidə edilir.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin birinci ...

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında&...

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı FƏRMAN İMZALANDI

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bunun...

Prezidentin yüksək vəzifə verdiyi Fərhad Adıgözəlov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayı...

Türkiyədə bu sosial şəbəkə ilə bağlı QƏRAR VERİLDİ

Türkiyədə 29 apreldən etibarən “Threads” tətbiqindən istifadə dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Qurumu...